Daha yaxşı əlaqələr, daha böyük uğurlar
Alibayov Kommunikasiya və Konsaltinq — yaradıcı strategiyaları və funksional həlləri bir araya gətirərək ictimaiyyətlə əlaqələrdə yeni standartlar müəyyən edən innovativ şirkətdir.
Mükəmməl ünsiyyət qurmaq bacarığı
Çox illik təcrübə və durmadan öyrənmək həvəsimiz innovativ kommunikasiya alətlərinə yiyələnərək müştərilərimizə keyfiyyətli xidmətlər təklif etməyə imkan yaradır.
Sosial Medianın idarəolunması (SMM)
Biz sosial şəbəkələrdə brendinizin görünməsini artırmaq və hədəf auditoriya ilə əlaqəni gücləndirmək üçün strategiyalar yaradır və idarə edirik.
Konsultasiya Xidmətləri
Effektiv PR strategiyaları və taktikaların inkişafı üzrə mütəxəssis məsləhətləri təqdim edirik ki, biznes məqsədlərinizə nail olasınız.
Mediya ilə İş
Jurnalistlər və media qurumları ilə əlaqələr qurur və saxlayırıq, bununla da maksimal media əhatəsi və müsbət yayımlar təmin edirik.
İctimai Rəy Sorğuları
Brendinizin ictimaiyyət tərəfindən necə qəbul edildiyini anlamaq və PR strategiyalarınızı təkmilləşdirmək üçün araşdırmalar aparırıq…
Çıxışların hazırlanması
İctimai və siyasi xadimlər üçün təsirli və yadda qalan nitqlər hazırlayırıq, hansılar ki əsas mesajları effektiv şəkildə çatdırır.
Tədbirlərin Təşkili
Brendinizin imicini gücləndirən və hədəf auditoriyanızda müsbət təəssürat yaradan tədbirlər planlayır və həyata keçiririk.
Həmçinin öyrədirik
Müasir PR trendlərini daim diqqətdə saxlayan komandamız biliklərini həvəslə bölüşərək əməkdaşlarınızın professional inkişafına yardım edir
Müxtəlif təlim formatları
- 4 saatlıq intensif master klasslar
- 32 saatlıq canlı və online təlim kursu
- Müştərinin istək və tələbatına uyğun xüsusi təlim proqramlarının hazırlanması
Ölkədən kənarda təlimlər
- Parisdə ixtisasartırma proqramları
- Türkiyədə təlim və seminarlar
- Avropanın digər ölkələrində PR üzrə təlimlər
«Daxili kommunikasiyalar üzrə Vəli Əlibəyov tərəfindən təşkil olunan 16 saatlıq təlimi bir neçə meyar üzrə çox yüksək qiymətləndirirəm. Sözün düzü, təlimdən öncə yalnız nəzəri biliklər alacağımı düşünürdüm. Təlim isə faydalı nəzəri biliklərlə yanaşı, çox praktik məsləhətlərlə yadda qaldı. Vəli Əlibəyov bu sahədə yeni addımlar atan bir şəxs üçün sanki bir yol xəritəsi cızdı. Təlimçi görüləcək hər bir tədbir barədə öz məsləhətlərini verdi. Təlim materialları da öz yerində… Yaranan hər bir suala ətraflı cavab ala bildim. Bundan başqa, Veysəloğlu şirkətinə təşkil olunan görüş də təcrübə mübadiləsi baxımından faydalı oldu. Bir sözlə, faydalı və interaktiv təlimə görə Vəli Əlibəyova xüsusi minnətdarlığımı bildirirəm».
Nərmin İsmayılova
Daxili kommunikasiyalar üzrə mütəxəssis
Xəbərlər, yazılar, müsahibələr
Abunə olun!
PR sahəsinə aid yeniliklərdən xəbərsiz qalmayın